Qlobal Startup İdeyalarınıza

Universitet Dəstəyi

Biz istedadlı UNEC tələbələrini və məzunlarını burada sahibkarlıq səyahətlərinə başlamaq üçün ruhlandırırıq.

Bizə qoşulun və parlaq ideyanızı böyük startupa ən birinci siz çevirin!

Tərəfdaşlarımız

Biz Kimik

“UNEC Startup Incubator” 2022-ci il avqust ayının 15-dən İsrail təcrübəsi ilə yenidən təşkil olunaraq startupların inkişafı istiqamətində kompleks tədbirlər vasitəsi ilə tələbə sahibkarlığına yeni nəfəs gətirir. Belə ki, inkubasiya mərkəzi olaraq bir sıra inkubasiya proqramları, yarışmalar, hakatonlar və sair silsilə startup təşəbbüsləri həyata keçirərək startup mədəniyyətini formalaşdırmağı hədəfləyir.

Fəaliyyət İstiqamətləri

Pre-inkubasiya və inkubasiya proqramları vasitəsilə tam sıfırdan komanda, ideya və ilkin məhsul formalaşdırıb startup qura bilərsiniz.

UNEC Startup Incubator xarici əməkdaşlıqlar çərçivəsində MDB və Mərkəzi Asiya Regionu üzrə bir sıra beynəlxalq ekosistem tədbirləri və proqramlar icra edir.

Yerli və regional innovasiya ekosisteminin inkişafı istiqamətində UNEC Startup Incubator bir sıra yarışmalar, hakatonlar və startup təşəbbüsləri həyata keçirir.

UNEC Startup Incubator korporativ şirkətlərə innovasiyanın təşviqi və effektiv şəkildə daxildə idarə olunması həlləri verir.

Ekosistemdə davamlılıq və kadr çatmışmazlığı problemlərini aradan qaldırmaq məqsədilə bir sıra silsilə təlimlər, təcrübə və yetişdirmə proqramları mövcuddur.

Startuplara Göstərilən Dəstək

İlkin İnvestisiya

Pre-Seed İnvestisiya

Rəqəmsal alətlərlə təminat

Hosting, developer, eləcə də bir çox rəqəmsal alətlərlə və digər resurslarla təminat

Ofis təminatı

İclaslar, rahat çalışmaq və digər tədbirlər üçün nəzərdə tutulmuş “co-working space” ilə təminat

Mentorluq

Komandanın formalaşdırılması, “pitch deck”-in hazırlanması, məhsulun inkişaf etdirilməsi, mövzuları üzrə mentorların təyin edilməsi.

Fəaliyyət Göstəricilərimiz

15

İnkubasiya proqramından

yararlanan startup sayı

6

Ilkin investisiya əldə etmiş

startup sayı

3

Akselerasiya dönəmində

mövcud startup sayı

Nailiyyətlərimiz

"EntreComp Championship Awards 2023"

"IDDA Awards 2023" müsabiqəsinin Ekosistemin Lokomotivi nominasiyasının qalibi

"IDDA Awards 2023" müsabiqəsinin İlin Ekosistem Oyunçusu nominasiyasının qalibi

Əlaqə

Ⓒ2024, UNEC INC, bütün hüquqlar qorunur

(12) 492-40-78

[email protected]